AZ

Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev mayın 17-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən 525.az-a bildirilib ki, qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri mayın 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
283
11
525.az

10Mənbələr