EN

Belçikada azyaşlı terrorçular saxlanıldı

Belçika polisi terrora hazırlaşan 4 nəfəri həbs edib.

KONKRET.az xəbər verir ki, islamçı ekstremizmlə əlaqədə şübhəli bilinən “potensial zorakılıq edən şəxslərə” yönəlmiş istintaq çərçivəsində Brüssel, Ninov, Şarlerua və Lyejdə axtarış aparılıb.

Nəticədə 4 şübhəli saxlanılıb. Onlardan biri yetkin, üçü azyaşlıdır.

Şübhəlilərin hücum planları hazırladıqları bildirilir.

Qeyd olunur ki, axtarışlar zamanı müstəntiqlər hər hansı silah və ya partlayıcı tapmayıblar.

Chosen
273
1
konkret.az

10Sources