EN

"ALMEYVƏ" məhkəməyə verildi

"ALMEYVƏ" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Asif Əliyevin icraatındadır. 

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
156
8
valyuta.az

10Sources