EN

Azərbaycanda daha bir məktəbli qız QIZILCADAN ÖLDÜ

Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla bildirir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R. Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir.

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
219
25
redaktor.az

10Sources