Azərbaycan ərazisində oktyabrın 31-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer tÉ™zyiqi 767 mm civÉ™ sütunundan 764 mm civÉ™ sütununa enÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 80-90%, gündüz 70-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecÉ™ 5-9° isti, gündüz 17-22° isti, daÄŸlarda gecÉ™ 1-6° ÅŸaxta, gündüz 5-10° isti olacaq.