EN

“Parlaq Gələcəyim” layihəsi çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib

“Parlaq Gələcəyim” layihəsi çərçivəsində A.Qayıblı adına Qobustan şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, layihə çərçivəsində ötən illər ərzində region məktəblərinə bir sıra səfərlər təşkil olunub, həm onlayn, həm də əyani formada yüzlərlə məktəbli ilə görüşlər keçirilib. 

Görüşdə 3 nömrəli tam orta məktəbin direktoru Elxan Cəbisoy açılış nitqi ilə çıxış edərək görüşün təşkilatçılarına təşəkkürünü bildirib.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun baş məsləhətçisi Niftalı Qasımlı xaricdə dövlət hesabına təhsil, o cümlədən Hökumətlərarası Təqaüd Proqramları - Çin, Macarıstan, Qazaxıstan, Rumıniya, Türkiyədə təhsil və digər təqaüd proqramları barədə şagirdlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. 

Tədbirin digər qonaqları Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış Orxan Kərimzadə COP29-un Bakıda keçirilməsi xüsusunda bərpa olunan enerji sahəsi üzrə “Elektrik və elektronika mühəndisliyi” mövzusunda doğru ixtisas seçimi, HTP çərçivəsində Macarıstanda təhsil almış Fidan Məmmədli “Sürətlə dəyişən iş mühiti və yeni bacarıqlar” mövzusunda, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) beynəlxalq əlaqələr üzrə meneceri Ramiyyə Şahgəldiyeva isə şagirdlərə tələbə-məzun birlikləri, ölkə daxilində və xaricində keçirilən tədbirlər və ASAP-ın əsas məqsədi barədə məlumat verib. 

Tədbirin sonunda şagirdlərlə interaktiv oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.

Chosen
22
tehsil.biz

1Sources