Bakı. Trend:
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 38,əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polisəməkdaşları tərəfindən təmin olunub.
Trend xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyi(DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 115,o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfərsaxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılansilah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənedilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfərsaxlanılıb.