EN

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır.

Newscenter.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər oktyabrın 29-dan noyabrın 7-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər vakant yerlər barədə məlumatla aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərlər.

Ruhiyyə Mehdiyeva
Chosen
4
11
newscenter.az

10Sources