EN

Trampı öldürməklə hədələyən amerikalı saxlanıldı

Amerikada 74 yaşlı Pol Qavenozu ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürməklə hədələməkdə şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "WTAJ" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs Pensilvaniya ştatında parkinqdə terror təhdidləri və asayişi pozmaqda ittiham olunur. Qavenozu Trampın seçki kampaniyası mitinqinin yaxınlığında parkinq bileti almağa çalışıb. Hansısa məqamda o, ABŞ prezidentliyinə namizədi öldürmək istədiyini bildirib. Hadisənin şahidi bu barədə polisə xəbər verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi dindiriblər. Kişi əvvəlcə zarafat məqsədilə öldürməklə hədələdiyini desə də, sonradan niyyətinin ciddiliyini təsdiqləyib.


Müəllif: Arzu
Chosen
6
1
teleqraf.com

2Sources