EN

“Mançester Yunayted” ona bu qədər maaş verəcək

“Sportinq”in baş məşqçisi Ruben Amorimin “Mançester Yunayted”ə keçidi tamamlanmaq üzrədir.

Publika.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı mütəxəssis İngiltərə klubu 2+1 illik üzrə müqavilə imzalayacaq. O, yeni iş yerində təxminən 8 milyon avro qazanacaq. Bu barədə “CaughtOffside” məlumat yayıb.

Amorim 2020-ci ildən “Sportinq”ə rəhbərlik edir. Onun dövründə Lissabon komandası iki dəfə Portuqaliya çempionu olub, iki dəfə Portuqaliya Liqa Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb.

Chosen
9
14
publika.az

10Sources