"Mançester Yunayted"in yeni baş məşqçisi bəlli olub.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubunun yeni baş məşqçisi "Sportinq"dən Ruben Amorim olacaq. "Mançester Yunayted" buna görə Portuqaliya klubuna 10 milyon avro ödəyəcək. 39 yaşlı mütəxəssisin Mançester klubuna razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Ruben Amorim 2020-ci ildən "Sportinq"i çalışdırır. O, komandası ilə 2 dəfə Portuqaliya çempionluğunu, 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə Superkubokunu qazanıb.
Mənbə: unikal.az