Erik ten Haq ilə yollarını ayıran "Mançester Yunayted"in yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Ruben Amorim gətirilib. "Qırmızı şeytanlar" mütəxəssisin keçidi üçün "Sportinq"ə 10 milyon avro ödəyəcək. 

Amorim baş məşqçiliyə 2018-ci ildə "Kasa Pia"da başlayıb. Sonra "Braqa B"də karyerasında davam edib. 2019-cu ilin dekabrında "Braqa"nın əsas komandasını çalışdırıb və Portuqaliya Liqa kubokunu qaldırıb. Ruben 2020-ci ilin martında "Sportinq"ə keçib.

Lissabon klubu ilə 2 Portuqaliya Liqa çempionluğu, 2 Liqa Kuboku və 1 ölkə Super Kubokunu qazanıb.