EN

“Nə? Harada? Nə vaxt?"ın iştirakçısı vəfat edib

 “Nə? Harada? Nə vaxt?" intellektual oyunun iştirakçısı Andrey Çeremisinov 56 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə verilişin rəsmi Telegram kanalında deyilir.

“Bu gün Andrey Çeremisinov vəfat edib. 7 ildən artıqdır ki, o, “Nə? Harada? Nə vaxt?" proqramında "Rosatom" Dövlət Korporasiyasını təmsil edib”, məlumatda deyilir.

Oyunçunun ölüm səbəbi açıqlanmır. Qeyd olunur ki, Çeremisinovla vida mərasimi noyabrın 1-də Nijni Novqorodda baş tutacaq.

QAZİLER.AZ

Chosen
37
qaziler.az

1Sources