EN

Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularındanbiri Gürcüstanda keçirilən parlament seçkilərində hakim “GürcüArzusu-Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsidir.Seçkilərin nəticələri bir daha göstərdi ki, Qərbin regiondövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Hərbir ölkənin həyatında seçkilər mühüm rol oynayır. Bu, prosesindemokratikliyində, şəffaflığında, bunların əsasında xalqıniradəsini əks etdirən nəticənin əldə edilməsində özünün aydınifadəsini tapır. Cənubi Qafqaz ölkələrində keçirilən seçkilər birqayda olaraq Azərbaycanın və Gürcüstanın müstəqil siyasətyürütdüyünü nümayiş etdirdiyi halda, bu proses hər zamanErmənistanın müstəqilliyinin formal xarakter daşıdığını, bu və yadigər dövlətin maraqlarının müdafiəçisi olduğunu təsdiqləyir. Bubaxımdan hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyüsiyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyükzərbədir. Bu fikir gürcü politoloqları tərəfindən də etiraf edilirki, bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix dəgöstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur. Onu daqeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır.Soydaşlarımız yaşadıqları bölgələrdə seçkilərdə yüksək fəallıqnümayiş etdirərək hakim partiyanın qələbəsinə dəstək oldular. Budəstək özündə bütün məqamları açıqladı. Bu, gələcəkdə Azərbaycan vəGürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsində əsasfaktorlardan biridir. Çünki Azərbaycan və Gürcüstan tarixənbir-biri ilə sıx bağlı olan ölkələrdir. Bu birlik regiondadayanıqlı iqtisadi inkişafı, sabitliyi şərtləndirir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, seçkilərin nəticələri başqa cür olsaydı,Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdəregionda yeni bir cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsirialtına almaq siyasəti həyata keçirilə bilərdi:

"Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinəəsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz millimaraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsuraşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsantapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıqşəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi AntoniBlinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizliksiyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki“pozuntuları araşdırmağa” çağırıblar. Böyük Britaniya XİN-i də“seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırıb. ABŞ DövlətDepartamentinin sözcüsü Metyu Miller isə daha da uzağa gedərəkbildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddinəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziriBenjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşıtəzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir. Kanadaseçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi iləmünasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığıhalda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksilərisayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgəsalmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyəbaşlayıblar. Əslində Qərb bununla növbəti dəfə özünü ifşa edir.Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyirki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçünvasitədir".

Vüqar Rəhimzadə bildirib ki, bu gün Gürcüstan-Azərbaycanəməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün,təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olanAzərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədəyerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayanazərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıqda bunun bariz nümunəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyəninbirgə siyasi iradəsi əsasında reallığa çevrilən qlobal layihələrregional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

"Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qazlayihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayanBakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha damöhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub,istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə AsiyadanAvropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsindəmaraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsiləÇindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əksistiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək GürcüstanınQara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzitimkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Buimkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlərqazandırır. Ermənistan qeyri-konstruktiv siyasəti ilə bulayihələrdən kənarda qalır. Müstəqilliyi formaq xarakter daşıyanbir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsiqaçılmazdır", - o əlavə edib.

Vüqar Rəhimzadə bildirib ki, seçkilərdən sonra Gürcüstandakütləvi aksiyaların keçirilməsi öncədən hazırlanan planın əsastərkib hissələrindən biridir: "Qərb tərəfindən maliyyələşənqeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkarölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhdgöstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etirafedilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrinitanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərinnəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb regiondövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bununmümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olandövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır.Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətingərginləşdirilməsinə yönələn addımların qarşısını hər zamanqətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır".

Məqalədə:
Chosen
8
6
az.trend.az

7Sources