EN

COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” arasında memorandum imzalandı

Image

COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Memorandum imzalanıb. Memorandumu COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin Aparat rəhbəri Hikmət Mustafayev və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov imzalayıb.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf imzalanma mərasimində qeyd edib ki, Memorandum COP29 tədbirlərinin keçiriləcəyi məkanın elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur.

“Məqsəd Bakı Olimpiya Stadionunun enerji tələbatını “yaşıl” enerji mənbələri hesabına ödəməkdir. Bu məqsədlə, “Azərenerji” ASC-nin tabeliyində fəaliyyət göstərən “Yaşıl Enerji Elektrik Stansiyası” MMC ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirin keçirildiyi dövrdə COP29-un sabit infrastrukturunu enerji ilə təmin etmək üçün ümumilikdə 4000 kilovat-saat enerji tələb olunacaq. Tədbir məkanının əsas enerji təchizatı generatorlar vasitəsilə təmin olunacaq. ABŞ-dan gətirilmiş bu generatorlar hidrogenləşdirilmiş bitki yağı (HVO) ilə işləyir. Bu da tədbir məkanının tamamilə “yaşıl” enerji ilə təmin edilməsinə imkan yaradacaq”, - o bildirib.





Chosen
15
2
baki-xeber.com

10Sources