EN

Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur

Azərbaycanın tibbi turizminin inkişafı ölkənin beynəlxalq aləmdə tanınmasını və rəqabət qabiliyyətini artırmağa əhəmiyyətli töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bunu Karlovı Varı şəhəri üzrə Spa və Balneologiya İnstitutunun direktoru Alina Hüseynli Şuşada “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sağlamlıq Turizmində Qlobal və Uğurlu Təcrübələr: Azərbaycan Üçün Təkliflər” panel müzakirəsində deyib.

“Bu sahədə autentik, yəni həqiqi və etibarlı xidmətlərin göstərilməsi pasiyentlərin məmnuniyyətini və inamını artıracaq. Autentik xidmətlər yalnız tibbi prosedurların yüksək keyfiyyəti ilə deyil, həm də milli və mədəni dəyərlərlə zəngin müalicə metodlarının tətbiqi ilə fərqlənməlidir. Bundan əlavə, davamlı inkişafı təmin etmək üçün mütəmadi auditlərin aparılması vacibdir. Audit nəticələri tibbi turizm xidmətlərinin beynəlxalq standartlara uyğunluğunu yoxlamağa və xidmət keyfiyyətini daha da artırmağa imkan verəcək”, - deyə o vurğulayıb.

Chosen
6
1
ikisahil.az

2Sources