"Ucqar rayonlardakı məktəblərdə istilik təchizatı qənaətbəxşdir".
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Ucqar rayonlardakı təhsil müəssisələri 24 noyabr tarixinə qədər zəruri odun təchizatı ilə təmin ediləcək", - deyə o qeyd edib.