EN

Alperenin ardıcıl 3-cü dabl-dablı

MBA-da bu gecə 11 oyun baş tutub. Onlar arasından bir neçəsini qeyd etmək olar.

Ötən il autsayederlər arasında qərarlaşan iki komanda – “San Antonio Spörs”lə “Hyuston Rokets”in oyununda qonaqlar qələbə qazanıblar – 106:101. Türkiyəli basketbolçu Alperen Şengün ardıcıl 3-cü oyununda da dabl-dabl edib (12+12). Meydan sahiblərinin gənc ulduzu Viktor Vembanyamanın göstəriciləri isə belədir: 14 xal, 20 ribaund və 10 blok.

Şərq konfransının nəhəngləri “Boston Seltiks”lə “Miluoki Baks”ın qarşılaşması son çempionun qələbəsi ilə başa çatıb – 119:108. Ceylen Braun oyunu 30 xalla tamamlayıb. Qonaq komandada Lillard 33 , Adetokumbo isə 30 xal toplayıb.

Kanadada keçirilən “Toronto Reptors” – “Denver Naggets” oyunu overtayma qədər uzanıb. Qonaqlar görüşü 127:125 hesablı qələbə ilə başa vurublar. “Denver”də Nikola Yokiç 40 xal toplayıb.

“Los Anceles Leykers” Finiks səfərindən məğlubiyyətlə dönüb – 105:109. Devin Bukerin aktivində 33, Kevin Dürantda isə 30 xal var.

Chosen
14
futbolinfo.az

1Sources