EN

İran İsrailin hücumundan sonra hərbi büdcəsini kəskin şəkildə artıracaq

İran İsrailin hücumundan sonra Milli Müdafiə Nazirliyinin büdcəsini artıracaq.

Editor.az bu barədə Reuters agentliyinə istinadla xəbər verir. İran hökumətinin sözçüsü Fatimə Mohacerani İsrailin İslam Respublikasının hərbi infrastrukturuna hücumuna cavab olaraq Tehranın hərbi nazirliyin büdcəsini ötən illə müqayisədə 200 faiz (yəni üç dəfə) artırmaq qərarına gəldiyini açıqlayıb.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, İranın hərbi büdcəsi 2024-cü ildə 16,4 milyard dollardır. Bu, 2023-cü illə müqayisədə 20% çoxdur. Müqayisə üçün qeyd edək ki, eyni institutun məlumatına görə, İranın 2021-ci ildə hərbi büdcəsi 6,8 milyard dollar olub.

//Gülnarə Abasova, Editor.az

Chosen
3
4
editor.az

10Sources