İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən fəallığa keçib.
Publika.az xəbər verir ki, vulkan son iki gündə dörd dəfə püskürüb.
Yerli səlahiyyətlilər ətraf ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər. Marapi vulkanının aktivləşməsi ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.