EN

Xumar Qədimovanın bacısı: "Belə hallara görə dalaşırıq..."

"Bu sənətdə daimi fəaliyyət göstərmək fikrim yoxdur. Sadəcə, xoşuma gələn mahnıları ifa edirəm. Yeni mahnılar da ifa edəcəm. Xumar Qədimova ilə iki duet oxumuşuq. Konsert olsa, duetimizi ifa edə bilərik. Xumar xanım mənə çox dəstək olur və oxu tərzimi çox bəyənir".

Bu sözləri Teleqraf.com-a əməkdar artist Xumar Qədimovanın bacısı, "Əqrəb" ləqəbi ilə tanınan Matan deyib:

"Hətta mənə mahnı oxumağı Xumar xanım vadar edir. Mənə deyir ki, sən onsuz da "ulduz"san. Hazırda yeni türk mahnısı ifa etmişəm və yeni mahnılar da gəlir. Xumar Qədimovanın "Bilən yoxdur", "Bağrımın başı yaradır" mahnılarını ida etmişəm. Əqrəb bürcü olduğuma görə bu ləqəbi götürmüşəm".

İki günə əvvəl doğum gününü qeyd edən ifaçının bacısı arzusunu da dilə gətirib: "Doğum günümü dostlarımın əhatəsində qeyd etdik. Arzum çoxdur. İnsan müharibəsiz dünya istəyir".

Matan bacısı ilə münasibətindən də danışıb: "Arada Xumar xanımla dalaşırıq (gülür). Çox mükəmməlçidir. Ona deyirəm ki, boş yerə özünü çox yorma. Bacımla belə hallara görə dalaşırıq. Küsülülük bir gün də, beş gün də davam edə bilər".

Matan deyib ki, müğənni kimi toy mərasimlərinə getmir: "Bir-iki yaxın dostlarımız olub ki, onların toy mərasimində Xumar xanımla duetimizi ifa etmişik. Mən bacımın prodüseriyəm".



Müəllif: Rəqsanə Həsənova
Chosen
25
1
teleqraf.com

2Sources