EN

Məşhur müğənninin atası infarkt keçirərək dünyasını dəyişdi

Məşhur müğənninin atası infarkt keçirərək dünyasını dəyişdiTürk pop ulduzu Gülşen Çolakoğlunun atası Arslan Bayraktar vəfat edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Arslan Bayraktar (79) Qaziantepdə infarkt keçirərək dünyasını dəyişib. Konsert üçün Batumidə olan Gülşen xəbəri aldıqdan sonra ölkəyə qayıdıb. Arslan Bayraktarın cənazəsi Qaziantepdən məmləkəti Ordunun Altınordu rayonuna gətirilib.

Atasını itirməyin acısını yaşayan Gülşən göz yaşlarını saxlaya bilməyib. Arslan Bayraktar cənazə namazının ardından dəfn edilib.

Chosen
17
sonxeber.az

1Sources