EN

Macarıstanın Mathias Corvinus Collegium Universitetinin nümayəndə heyəti BDU-da - FOTO

Bakı Dövlət Universitetində (BDU) Macarıstanın Mathias Corvinus Collegium Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin tədqiqatçısı Klementina Kozma, Beynəlxalq İqtisadiyyat Mərkəzinin koordinatoru Monika Kuznetsova və macar tələbələrlə görüş keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov ali təhsil müəssisələrinin fəaliyyətində beynəlxalq əlaqələrin, xüsusilə tələbə mübadiləsinin önəmli yer tutduğunu bildirib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı Azərbaycan və Macarıstanın Türk dünyasında ortaq maraq və düşüncələrə sahib olduğunu vurğulayıb, bu baxımdan təhsil və elmi əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. Maliyyə və menecment kafedrasının müdiri Kamran Eyyubov sahibkarlıq və menecment sahəsində innovativ yanaşmaların tətbiqi və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Aydan Hüseynzadə də iştirak edib.
 
Qonaqlar həyata keçirdikləri elmi tədqiqat işləri haqqında məlumat verərək, BDU alimləri ilə ortaq araşdırmaların aparılması imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin tələbələrin sahibkarlıq və innovasiya sahəsində daha fəal iştirakı, yeni əməkdaşlıq layihələrinin qurulması barədə fikir mübadiləsi aparılıb.
Chosen
6
1
moderator.az

2Sources