EN

Kreml Kazanda Putin-Quterreş görüşünün qapalı keçirilməsinə aydınlıq gətirib

Kreml Rusiya prezidenti Vladimir Putinlə BMT Baş katibi Antonio Quterreş arasında Kazanda keçirilən danışıqların niyə qapalı keçirilməsinə aydınlıq gətirib...

APA-nın Rusiya bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin-Quterreş görüşü BMT Baş katibinin xahişi ilə qapalı keçirilib.

Kremlin sözçüsü Putin və Quterreşin Kazanda keçirilən görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 22-24-də Kazan şəhərində BRİCS sammiti keçirilib. 30-dan çox ölkə başçısının iştirak etdiyi tədbirsə BMT Baş katibi də iştirak edib.

Poliqon.info

 

Chosen
11
6
poliqon.info

7Sources