AZ

Kreml Kazanda Putin-Quterreş görüşünün qapalı keçirilməsinə aydınlıq gətirib

Kreml Rusiya prezidenti Vladimir Putinlə BMT Baş katibi Antonio Quterreş arasında Kazanda keçirilən danışıqların niyə qapalı keçirilməsinə aydınlıq gətirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin-Quterreş görüşü BMT Baş katibinin xahişi ilə qapalı keçirilib.

Kremlin sözçüsü Putin və Quterreşin Kazanda keçirilən görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 22-24-də Kazan şəhərində BRİCS sammiti keçirilib. 30-dan çox ölkə başçısının iştirak etdiyi tədbirsə BMT Baş katibi də iştirak edib.

"Cebheinfo.az"

Seçilən
2
6
cebheinfo.az

7Mənbələr