EN

Niyamməddin Musayevin fotosu paylaşıb, Miri Yusifi təbrik etdi

Aparıcı Tural Əsədov fərqli şəkildə ötən gün doğum gününü qeyd edən Xalq artisti Miri Yusifi təbrik edib. 

OLAY yazır ki, televiziya ulduzu Xalq artisti Niyamməddin Musayevin “Söhbət musigidən gedir” verilişində çəkilən fotosunu paylaşaraq Miri Yusifə ürək sözlərini yazıb.

“Dostum Miri Yusif, heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? Bəs olub ki, səni ad günündə başqa Xalq artistinin şəkli ilə təbrik etsinlər? Təzə şəkil çəkdirmək lazımdır (gülmək emojiləri əlavə edib)… Öpürəm, bağrıma basıram. Mübarəksən!”, - deyə Tural bildirib.

Qeyd edək ki, Miri Yusifin ötən gün 47 yaşı tamam olub.  

Chosen
17
2
olay.az

3Sources