AZ

Niyaməddin Musayevin fotosunu paylaşıb, Miri Yusifi təbrik etdi

Aparıcı Tural Əsədov ötən gün doğum gününü qeyd edən Xalq artisti Miri Yusifi təbrik edib.

Televiziya ulduzu Xalq artisti Niyaməddin Musayevin “Söhbət musiqidən gedir” verilişində çəkilən fotosunu paylaşaraq Miri Yusifə ürək sözlərini yazıb.

“Dostum Miri Yusif, heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? Bəs olub ki, səni ad günündə başqa Xalq artistinin şəkli ilə təbrik etsinlər? Təzə şəkil çəkdirmək lazımdır (gülmək emojiləri əlavə edib)… Öpürəm, bağrıma basıram. Mübarəksən!”, – deyə Tural bildirib.

Qeyd edək ki, ötən gün Miri Yusifin 47 yaşı tamam olub.  (olay)

Seçilən
0
2
editor.az

3Mənbələr