EN

Bakı metrosunda PROBLEM YARANDI

Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirilib ki, metronun “Azadlıq Prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb:

“Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb”.

B.Məmmədov qeyd edib ki, vaqon qapılarında problem olmadığından qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

Chosen
8
43
nocomment.az

10Sources