EN

Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevbildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.

“Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - deyə o əlavə edib.

Chosen
12
20
sia.az

10Sources