EN

“Qarabağ”ın rəqibi xal itirdi, PSJ sevindi

Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i doğma meydanda “Oser”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

“Monako” səfərdə “Nitsa”ya, “Nant” “Strasburq”a uduzub. “Monpelye” də “Tuluza”ya evdə məğlub olub. Marsel “Olimpik”i ilə qarşılaşan PSJ də turu qələbə ilə başa vurub.

Hazırda 23 xala malik PSJ vahid liderdir. “Monako”nun 20, Marsel “Olimpik”i ilə “Lill”in 17, “Lans”, “Reyms” və Lion “Olimpik”inin isə 14 xalı var.

Fransa, Liqa 1
9-cu tur

25 oktyabr

Renn – Havr 1:0
Qol: A.Qomes, 54.

26 oktyabr

Anje – Sent Etyen 4:2
Qollar: Abdelli, 7. Aholu, 39. Niane, 69-pen. Dienq, 90+3 – Davitaşvili, 16-pen; 57.

Reyms – Brest 1:2
Qollar: Okumu, 29 – Fevr, 4-pen. Balde, 18.

Lans – Lill 0:2
Qollar: David, 90+8. Bayo, 90+11.

27 oktyabr

Olimpik (Lion) – Oser 2:2
Qollar: Mikautadze, 45+5; 62 – Diomande, 47. Traore, 72.

Monpelye – Tuluza 0:3
Qollar: Abuxlal, 5; 8. Kinq, 27.

Nitsa – Monako 2:1
Qollr: Gessan, 45+1. Labord, 71 – Embolo, 39.

Strasburq – Nant 3:1
Qollar: A.Santos, 17; 57 – Girassi, 83.

Olimpik (Marsel) – PSJ 0:3
Qollar: Neves, 7. Balerdi, 29-öz qapısına. Barkola, 40.

Chosen
5
1
futbolinfo.az

2Sources