EN

Lənkəranda QƏZA: Sürücü xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəranda yol-nəqliyyat hadisəsi olub, avtomobil deformasiyaya uğrayıb.
APA xəbər verir ki, əlverişsiz hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub.
Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistral yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil hərəkət zamanı idarəetməni itirib. Nəticədə avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb və güclü zərbə nəticəsində deformasiyaya uğrayıb.
Sürücü E. Əkbərov xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
Chosen
17
17
oxu.az

10Sources