EN

AZƏRBAYCANDA bu məktəbdə müəllimləri vahid geyim formasına keçib

Azərbaycanda daha bir orta məktəbdə müəllimlər vahid formada istifadə etməyə başlayıb.

 

Referans.az" target="_blank">Referans.az-ın məlumatına görə, Samux rayon Qədili kənd ümumi orta məktəbin kollektivi artıq vahid formadan istifadə edir.

 

Bildirilib ki, bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir.

 

"Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir.

 

Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir", - qeyd olunub

 

 

Qeyd edək ki, Goranboy rayon Kəhrizli kənd, Quşçular, Eyvazlılar və Goranboy şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri də uzun illərdir ki, vahid formadan istifadə edirlər.







/ modern.az

Chosen
11
2
referans.az

3Sources