Polşa çempionatında 13-cü turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” səfərdə “Lex”lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu nəticədən sonra "Radomiak" 12 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Müəllif: Teleqraf.com