EN

Metyu Perrinin evi ölümündən bir il sonra satıldı - FOTO

"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin ötən il Los-Ancelesdə vəfat etdiyi ev 8,55 milyon dollara satılıb.

Day.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Dörd yataq və dörd vanna otağı olan evin yeni sahibi Arizonadan olan tərtibatçı və film prodüseri Anita Verma-Lalliandır.

Qeyd edək ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanı məlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.

Chosen
9
2
day.az

3Sources