EN

Taksi sürücüləri növbəti dəfə imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2024-cü il tarixində taksi sürücülərinin və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə Publika.az-a DİM-dən bildirilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 1398 namizəd qeydiyyatdan keçib. Onlardan 1303 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1067 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Chosen
4
10
publika.az

10Sources