EN

Yerli azərbaycanlılar “Gürcü Arzusu”nun qələbəsində böyük pay sahibi oldu

Yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbəsində böyük pay sahibi olub ki, bu da Gürcüstan hökumətinin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə daha diqqətli olmasını tələb edir.

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.

“Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına verdilər”, – o söyləyib.

Milli QHT Forumunun sədri bu seçkilərin nəticəsinin təəccüblü olmadığına diqqət çəkib:

“Bu seçkinin nəticələri bizim üçün təəccüblü olmadı. Bir neçə gün əvvəl Tbilisidə Gürcüstan QHT-ləri ilə birgə ictimai iştirakçılıqda QHT-lərin roluna dair mövzuda baş tutmuş konfransda fikir mübadiləmiz olmuşdu. O görüşdə də QHT-lərin seçkidə mühüm rol oynayacağına, onların Gürcüstanın müstəqilliyinə səs verəcəyini görürdük”.

Chosen
12
50
publika.az

10Sources