EN

Dilarə Əliyevanın anası ilk dəfə

Əməkdar artist Dilarə Əliyeva ilk dəfə anası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi valideyni Lətifə xanımın konsertdən sonrakı məclisdə ona ürək sözlərini dediyi anları paylaşıb.

Lətifə xanım isə videoda bunları söyləyib:

“Dilarənin o qədər gözəl qəlbi var. Əl atdığı yerə heç vaxt xain baxmaz. Oqtaydan çox şey götürdü. Öz qavrayışı, öz biliyi…. Bu günü səbrsizliklə gözləyirdim. Deyirdim, Allah, bu yükün altindan qalxsın… Deyirəm, Dilarənin yerind olsaydım, 3 gün yatıb evdən çıxmazdım ki, rahat olum. Ad günün mübarək, Dilarə. Oqtaydan sonra çox pis oldum. Elə indi də. Hər gün ayağa durmağım Oqtayla başlayır, gecə yatmağım da onunla bitir. Özümü toxtayıram. Dilarənin yükü ağırdır, iki balası var. İşi çətindir, qoy, bunların öhdəsindən gəlsin. Maşallah da bunu bacarır. Özüm kimi dözümlüdür. Nə yaxşı ki, onu oxutmuşam. Mən fəhlə olmuşam, savadım olmayıb. Rəhmətlik həyat yoldaşım da uşaqlarını sevərdi, istəyərdi ki, oxusunlar. Dördü də oxudu, ali təhsil aldı. Balalarımın hamısına qurban olum”.

Chosen
29
7
olay.az

8Sources