EN

Avropanın klublarının yeni reytinq cədvəli açıqlandı

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.Metbuat.az xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 277 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.Qurban Qurbanovun yetirmələrinin xal hesabı dəyişməz qalıb. Təmsilçimiz mövqeyini qoruyub.Bir pillə geriləyən "Neftçi" 19 xalla 249-cu sıradadır.15 xalı olan "Sabah" 9 pillə geriləyib və 279-cudur. Bir xal geri qalan "Zirə" 282-ci pillədə yer alıb. Qəsəbə klubu 3 addım irəliləyib.

Qeyd edək ki, siyahıya 2410 xala malik "Real" başçılıq edir.

Chosen
5
3
metbuat.az

10Sources