EN

Premyer Liqa: Tura “Neftçi” və “Qarabağ”ın oyunları ilə yekun vurulur

“Neftçi” komandası bu gün Azərbaycan Premyer Liqasının XI turunda “Sabah”la üz-üzə gələcək.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”dakı qarşılaşma saat 17:00-da start götürəcək.

Matçı Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. “Sabah” 16 xalla beşinci, “ağ-qaralar” 8 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura “Qarabağ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.

Ağdam təmsilçisi 24 xalla liderdir. Qonaqlar 12 xalla altıncı sıradadır. Hər iki komandanın ehtiyatda bir oyunu da var.

Azərbaycan Premyer Liqası, XI tur

27 oktyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, XI turda “Turan Tovuz” “Kəpəz”i (2:1), “Sumqayıt” “Səbail”i (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Chosen
38
13
msport.az

10Sources