Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sabah" "Neftçi"ni qəbul edəcək. Digər qarşıaşmada isə "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki görüşləri 25 və 26 oktyabr tarixlərində keçirilib.
Misli Premyer Liqası
XI tur
"Sabah" - "Neftçi" 17:00
Baş hakim: Tural Qurbanov
Bank Respublika Arena
"Qarabağ" - "Şamaxı" 19:00
Baş hakim: Cavid Cəlilov
Tofiq Bəhramov adına Respublika Stadionu