EN

Türkiyə kəşfiyyatı Suriya və İraqda PKK-ya aid 157 nöqtəni vurdu

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinə (TÜSAŞ) edilən hücumdan sonra Suriya və İraqın şimalında 157 nöqtədə əməliyyat keçirərək terror təşkilatı PKK-ya aid binaları, silah və sursat anbarlarını məhv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ankarada baş vermiş terror hücumundan sonra PKK-ya qarşı başladılan əməliyyatlar bu günə qədər davam etdirirlib.

 

Bu çərçivədə 23-26 oktyabr tarixləri arasında Suriya və İraqın şimalında terror təşkilatı PKK-ya aid 157 məntəqəyə qarşı əməliyyat keçirilib.

 

Nəticədə təşkilatın binaları, silah və sursat anbarları dağıdılıb.


Chosen
8
10
senzor.az

10Sources