EN

Ölüm xəbəri yayılan aktyor danışdı: "Hamı bizə axışır..."

Ötən gün ölüm xəbəri yayılan aktyor Ruslan Bəşirlidən xəbər var. Axşam.az-ın məlumatına görə, o, sosial şəbəkə hesabında paylaşım edərək, sağ olduğunu bildirib:

 

“Dostlar, sağ və salamatam. Nəhayət telefonum özümdədir! Dünəndən bəri ailəm, doğmalarım, həmkarlarım, yaxınlarım təlaş içindədirlər, dostlarım, qohumlarım bizə axışır zəng çatmadığına görə. Telefonu götürən kimi dəhşətə gəldim. Bu qədər zənglər, mesajlar. Yaşadıqlarımın əsəb, gərginlik və stresini keçirirəm hazırda. Ətraflı danışacağam, hamıya cavab verəcəyəm”.

Tarix: 26 Oktyabr 2024, 20:45   
Chosen
8
8
pravda.az

9Sources