EN

Şabranda kanalda kişi meyiti aşkarlanıb

Samur Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Chosen
41
3
apa.az

4Sources