EN

Yağıntılı hava şəraiti davam edir

Yazını böyüt
Yazını kiçilt

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, oktyabrın 26-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar (Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Chosen
12
48
hafta.az

10Sources