EN

Xarici səyyahlar Ağdamda - FOTO

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik səyyah qrupu Şuşadan sonra Ağdama gəlib.

Adalet.az xəbər verir ki, onlar bu ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.

Qeyd edək ki, ünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Heyətin üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırılır./trend

Chosen
11
22
adalet.az

10Sources