EN

Türkiyə hərəkətə keçdi: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR


Ankarada baş vermiş, 5 nəfərin öldüyü, 22 nəfərin yaralandığı silahlı hücumdan sonra Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının (PKK) İraqın şimalında yerləşən mövqelərinə yenidən hava zərbələri endirib.

News24.az Publika.az-a istinadən xəbər verir.

Məlumata görə, ordunun döyüş təyyarələri Sincar, Hakürək, Qara və Gəndil bölgələrində yerləşən hədəfləri vurub. Hücumlar nəticəsində ölənlər var.

“Ankaradakı hücumdan sonra 120 obyekt hədəfə alınıb. Hücumdan sonra isə Türkiyədə müxtəlif əməliyyatlar keçirməkdə şübhəli bilinən təşkilatın 176 üzvü həbs edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 23-də iki silahlı şəxs Türkiyə Aerokosmik Sənayesinin Ankaradakı qərargahına hücum edərək 5 nəfəri öldürüb. Hücuma görə məsuliyyəti PKK üzərinə götürüb.

Kürd təşkilatının son hücumları da daxil olmaqla, bölgədə aktiv əməliyyatlar Türkiyədə təhlükəsizlik narahatlığını artırıb. Bu hücumlara cavab olaraq Ankara terror təşkilatının Şimali İraq və Suriyadakı mövqelərinə yenidən hava zərbələri endirib.




Chosen
13
2
news24.az

3Sources