EN

Ermənistanın Aİ-yə üzvlüyünə dair toplanan imzalar MSK-ya təqdim olunacaq

Ermənistanın Avropa İttifaqına üzvlüyünə dair referendumla bağlı toplanan 60 min imza ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

APA-nın xəbərinə görə, bu barədə prosesi həyata keçirən “Armenian Eurovote” təşkilatının “Facebook” hesabında yazılıb.

“Toplanan imzalar yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Komissiya isə müvafiq prosedurlardan sonra referendumla bağlı qanun layihəsini parlamentə göndərəcək”, - deyə hesabatda qeyd edilib.

Chosen
38
5
apa.az

10Sources