EN

Türkiyə XİN-dən İsrailin İrana raket zərbələri ilə bağlı BƏYANAT

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.

Modern.az türk KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

Türkiyə XİN-dən o da qeyd edilib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

 

Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

Chosen
10
19
modern.az

10Sources