EN

Paşinyan İrəvana qayıdan kimi təcili iclas keçirdi: Əliyevlə görüşün nəticələri...

Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüş keçirib. O, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların nəticələrini təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

Nəşrin qeyd etdiyi kimi, iclas deputatların təşəbbüsü ilə keçirilib və Nazirlər Kabinetinin üzvləri iştirak ediblər. Əvvəlcə Paşinyan çıxış edib, daha sonra parlamentarilər ona sərhədlərin delimitasiyası prosesi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı suallar veriblər. Görüş axşam saatlarına qədər davam edib.

“Deputatların dediyinə görə, Paşinyan onlara yeni heç nə deməyib”, - deyə nəşr yazır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazanda keçirilən BRİKS+ plenar iclasında iştirak edib. Elə görüş zamanı İlham Əliyevlə Paşinyan arasında fəal dialoq yaranıb və bu dialoqa iki ölkənin xarici işlər nazirləri də qoşulub.

Chosen
13
50
publika.az

10Sources