EN

Sinoptiklər bazar günü yağıntı olacağını proqnozlaşdırırlar

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz hava dəyişkən buludlu, əsasən yağıntısız keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə müsbət 8+11, gündüz müsbət 12+15 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntı tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət 5+10, gündüz müsbət 13+17, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə  şaxtadan müsbət 2 dərəcəyədək olacaq.

Chosen
8
23
turan.az

10Sources